Rahilə xanım Həsrətova: Beynəlxalq hüququn və ədalətin zəfəri

Rahilə xanım Həsrətova: Beynəlxalq hüququn və ədalətin zəfəri Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin drektoru Rahilə xanım Həsrətovadır.

1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin drektoru Rahilə xanım Həsrətova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Rahilə xanım Həsrətovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Rahilə xanım Həsrətova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin drektoru Rahilə xanım Həsrətovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə 2013-cü ilin dekabrında yenidən istifadəyə verilmişdir.
Fiziki və yüngül formalı əqli qüsuru olan 18-29 yaşında əlilliyi olan gənclərin və 15 yaşdan yuxarı sağlamlıq imkanları məhdud olan uşaqların peşə hazırlığı üsulu ilə cəmiyyətə,özünəməşğulluq və məşğulluq çərçivəsində əmək bazarına inteqrasiyasını və sosial reabilitasiyasını təşkil edir.Mərkəzdə aşağıdakı peşələr öyrədilir:
-Tikişçi ( 3 aylıq kurs)
- Toxucu (3 ayliq kurs)
-Kompyuter istifadəçisi (3 aylıq kurs)
- Kompyuterçi -dizayner (3 aylıq kurs)
-Kişi bərbəri (3 aylıq kurs)
-Qadın bərbəri (3 aylıq kurs)
-Aşbaz köməkçisi (3 aylıq kurs)
- Xalçaçılıq (6 aylıq kurs)
-Ağac üzərində oyma (6 aylıq kurs)
-Rəssamlıq (6 aylıq kurs)
-İdman (3 aylıq kurs)

Mərkəzdə dizayn dərnəyi,musiqi və teatr dərnəyi paralimpiya üzrə idman məşqləri, stolüstü oyunlar, mədəni-kütləvi tədbirlər, ekskursiya və gəzintilər, gün ərzində 3 dəfə qidalanma. psixoloji dəstək, stomotoloji xidmət, fizioterapevtik müalicə, ilk tibbi yardım, müalicə idmanı, zərurət olarsa , müvafiq xəstəxanalarda müayinələrin aparılması təşkil olunur.
Gənclər burada kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər (kişi-qadın), toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq və s. peşələrə yiyələnməklə yanaşı, ayrı-ayrı sosial reabilitasiya yönümlü tədbirlərə də cəlb edilirlər. Yaradıcılq imkanlarının genişləndirilməsi, istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi, onların cəmiyyətə təqdim edilməsi məqsədilə mərkəzdə musiqi dərnəyi yaradılmışdır.
Bayramlara və əlamətdar günlərə həsr edilmiş səhnəcik və kompozisiyalarda gənclər zövqlə çıxış edirlər.Peşə hazırlığı üzrə müvəffəqiyyətlə imtahan vermiş gənclərə ŞƏHADƏTNAMƏ təqdim olunur.

Rahilə xanım Həsrətova: Beynəlxalq hüququn və ədalətin zəfəri

1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin drektoru Rahilə xanım Həsrətova - Günümüzün reallığı budur ki, region və dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını atdıqları addımları ilə təsdiqləyirlər. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi artan nüfuzunda əhəmiyyətli rol oynayır. Bu günlərdə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda keçirilən nazirlər görüşündə dövlət başçısı İlham Əliyev qurumun yeni reallıqların fonunda yenidən formalaşan dünya siyasətində möhkəmlənən yeri və rolundan bəhs etdi. Cənab İlham Əliyev Azərbaycanın sədrliyi dövründə görülən işlərin xronologiyasına diqqəti yönəldərək bu mühüm məqamı qeyd etdi ki, sədrliyimiz dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqam Vətən müharibəsində tarixi Qələbəmiz oldu. 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir.

Tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Cənab İlham Əliyev tədbirdəki çıxışında bildirdi ki, ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir: “Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir.”

Dövlət başçısı çıxışında bərpa-quruculuq işlərinə mane olan mina problemindən də bəhs etdi. Bildirdi ki, Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı.

Qeyd edək ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra dövlətimizin başçısı Qoşulmama Hərəkatı üzvlərini ölkəmizin üzləşdiyi yeni çağırışlar – dağıntılar, mina, ərazilərin bərpası, itkin düşmüş şəxslər problemi barədə mütəmadi məlumatlandırır. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin bir hissəsinin mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış edib. Cənab İlham Əliyev sözügedən tədbirdəki çıxışında belə bir əminliyi ifadə etdi ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifimi dəstəkləyəcəklər.

Məlumdur ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. Ötən il quruma üzv dövlətlərin yekdil qərarı ilə ölkəmizin sədrlik müddəti bir il uzadıldı. Azərbaycan sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə etməklə diqqətdədir. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də ölkəmizin qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsinə çevrildi. Azərbaycan hər zaman birləşdirici, sabitləşdirici aktor kimi diqqətdə olub. Ölkəmizin irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Oxşar xəbərlər