Qazlı içki və saqqızın tərklibindəki- Kanserogen maddə

Qazlı içki və saqqızın tərklibindəki- Kanserogen maddə Şirin qazlı içkilər və saqqız kimi qidaların tərkibində olan aspartam şəkərdən 200 dəfə şirin olan süni dadlandırıcıdır.

Təxminən 6000 qidada istifadə edilən süni dadlandırıcı rəsmi olaraq insanlar üçün "ehtimal kanserogen" kimi təsnif edilməlidir. Bu, Ümumdünya Səhiyyə Təşkilatının aspartam və xərçənglə bağlı təxminən 1300 araşdırmanı nəzərdən keçirdikdən sonra aktuallaşıb.
“Medicina” xəbər verir ki, terapevt İrina Andreyevnanın sözlərinə görə, şəkərsiz qida və içkilərdən hələ ki, tam qaçmaq mümkün deyil.

“İnsanların aspartamın təhlükələrini eşidəndə narahat olmaları qaçılmazdır.
Süni dadlandırıcıları bir sıra digər xəstəliklərlə əlaqələndirən bir çox başqa tədqiqatlar var.

Şirinləşdiricilər çəki artımı, piylənmə, yüksək qan təzyiqi, diabet, ürək xəstəliyi və digər sağlamlıq problemləri riski ilə əlaqələndirilmişdir.

Bununla belə, alimlər məlumatların uyğunsuz olduğunu və daha çox araşdırmaya ehtiyac olduğunu bildiriblər.

Onilliklər əvvəl aspartamın qəbul edilə bilən normasının hər kiloqram bədən çəkisi üçün 40 milliqram müəyyən edilib.

Əksər qidalar və içkilər kimi onların da sağlamlığa müsbət və mənfi təsirləri var. Ümumdünya Səhiyyə Təşkilatı əlavə elmi araşdırmaları şərh edənə qədər, yaxşı olar ki, hər şeydən həzz alın və xəbərlərdə oxuduqlarınıza və ya eşitdiyinizə görə dərhal panikaya düşməyin”.

Oxşar xəbərlər