DİQQƏT! 500 manat "uşaqpulu" - Bu yolla aldadıla bilərsiniz - FOTO

DİQQƏT! 500 manat Sosial şəbəkədə yeni dələduzlar peyda olub. Bu dəfə onlar 500 manat "uşaqpulu" veriləcəyi ilə bağlı insanları tora salmağa çalışırlar.

BAKU.WS xəbər verir ki, sosial şəbəkədə prezidentin rəsmi internet saytına oxşayan saxta portallar yaradan dələduzlar vətəndaşlara saxta mesajlar göndərirlər.

Mesajlarda əhaliyə hər doğulan uşağa görə 500 manat pul veriləcəyi qeyd olunub. Növbəti mərhələdə vətəndaşlara doldurmaq üçün blank təqdim olunur. Həmin blankda əvvəlcə valideynlər barədə, daha sonra bank kartları barədə məlumatların doldurulması istənilir.
Bank kartları barədə məlumatları qeyd edən şəxs bu dələduzların qurbanına çevrilə bilər. Bu səbəbdən hər hansı mövuzda əqiqləşdirmə aparmaq üçün rəsmi qurumlara müraciət etmək gərəkdir.

DİQQƏT! 500 manat "uşaqpulu" - Bu yolla aldadıla bilərsiniz - FOTO

Oxşar xəbərlər