.png)
Ödəniş kartları avtomatik olaraq Mobil və İnternet Banking, SMS İnfo, həmçinin SMS Banking xidmətlərinə pulsuz qoşulur. 3D Secure təhlükəsizlik xidmətlərinə qoşulmaq üçün isə Kapital Bank-ın 196 Sorğu Mərkəzinə müraciət etmək lazımdır.
Kartın hər 3 hesabı arasında komissiya olmadan Card to Card əməliyyatını etmək mümkündür. Yeni kart barədə ətraflı məlumat üçün – www.kapitalbank.az/cards#multyCurrencyCards.
Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyona yaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Kapital Bank-ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.