Bu həftə Həccə gedəcək azərbaycanlıların sayı açıqlandı

Bu həftə Həccə gedəcək azərbaycanlıların sayı açıqlandı Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcəkdir.

Qeyd edilib ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

Oxşar xəbərlər