Azərbaycanlı zəvvar Həcc ziyarətində öldü

Azərbaycanlı zəvvar Həcc ziyarətində öldü Azərbaycanlı zəvvar Səudiyyə Ərəbistanında, Həcc ziyarəti zamanı dünyasını dəyişib.

Qafqaz Müsəlmanlar İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mərhum 1950-ci il təvəllüdlü Bəhmən Şükürovdur. O, ziyarətdə Həcc əməllərini yerinə yetirən zaman ürək çatışmazlığından vəfat edib.

Ümumi qaydalara görə, zəvvarın Məkkədə dəfn olunacağı bildirilib.

Oxşar xəbərlər