Kaxovka SES-in partladılmasının əsas SƏBƏBİ

Kaxovka SES-in partladılmasının əsas SƏBƏBİ Kaxovka SES-in partladılmasının məqsədi rusların Ukrayna qüvvələrinin Dnepr çayının sol sahilinə Xerson vilayətinə enməsinin qarşısını almaq istəyi olub.

Bu barədə İSW-nin hazırladığı hesabatda qeyd olunub.

"Rusiya daşqını onsuz da mürəkkəb su hövzəsi olan Dnepr çayını genişləndirməklə Ukraynanın əks-hücum cəhdlərini çətinləşdirmək və maneə olmaq üçün istifadə edə bilər. Rusiya mənbələri Ukraynanın çayı keçməyə və Xerson vilayətinin şərqində əks-hücuma keçməyə hazırlaşması ehtimalından güclü və birmənalı narahatlığını ifadə edib”, - hesabatda deyilir.

İSW hesab edir ki, su daşqınları Ukraynanın əks-hücum əməliyyatına elə də ciddi təsir etməyəcək.

“Sel daşqınları ancaq hücum əməliyyatları həyata keçirilən ərazilərdə öz təsirini göstərə bilər”, - hesabatda deyilir.

Hesabatda o da qeyd olunub ki, əks-hucüm əməliyyatının qarşısını almaq və ya ona mane olmaq baxımından su bəndinin partladılması Rusiyaya sərf edir.

Oxşar xəbərlər