Ukrayna Xersonda silah anbarını vurdu - Video

Ukrayna Xersonda silah anbarını vurdu - Video Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Novaya Kaxovka şəhərində Rusiya ordusuna məxsus silah-sursat anbarını vurub.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, səhər saatlarından şəhərdə partlayış səsləri eşidilir.

Ukraynanın yerli teleqram kanallarında silah-sursat anbarının partladığını əks etdirən videogörüntülər paylaşılıb. Anbarın “HIMARS” sistemi ilə vurulduğu iddia olunur.

Xatırladaq ki, Ukrayna ordusu ötən həftə də Novaya Kaxovkada Rusiyanın silah anbarını vurmuşdu.

Qeyd edək ki, Rusiya ordusu hərbi əməliyyat zamanı Ukraynanın Xerson vilayətinə nəzarəti ələ keçirib.


Oxşar xəbərlər