“Rusiya Kiyev ətrafına qoşun toplayır” - Ukrayna Baş Qərargahı

“Rusiya Kiyev ətrafına qoşun toplayır” - Ukrayna Baş Qərargahı "Rusların mövqe tutmaq üçün uğursuz cəhdləri davam edir və ordumuz onlara mərdliklə müqavimət göstərir".
Qafqazinfo" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Feysbuk səhifəsində verilən məlumatda deyilir.

Bildirilib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi və Baş Qərargah rəsmilərinin planlarda və prioritet vəzifələrdə dəyişikliklərlə bağlı bəyanatlarına baxmayaraq, düşmən Kiyev ətrafında qoşun qruplaşmasını artırmaqda davam edir.

Xüsusilə, rus qoşunları paytaxta hücum edə və ya mühasirəyə ala biləcəkləri mövqeləri tutmaq üçün uğursuz cəhdlərini davam etdirirlər.

Həmçinin, qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Mariupolun müdafiəsini davam etdirir. Şəhərin müdafiəçiləri öz hərəkətləri ilə düşmənin digər istiqamətlərdə hücumunun inkişafının qarşısını alırlar. Düşmən ağır itkilər verməkdə davam edir.

Əlavə edilib ki, müvəqqəti olaraq ələ keçirilən Xerson rus hərbçilərinə əhəmiyyətli müqavimət göstərir.

Baş Qərargahın açıqlamasında vurğulanıb ki, raket istehsalı ilə məşğul olan Rusiya müdafiə sənayesi müəssisələri bundan sonra gecə-gündüz işləyəcək. Bu onu göstərir ki, düşmən belə silahların sayını xeyli azaldıb.

Oxşar xəbərlər