“Sülhməramlı”ların Qarabağdakı kriminal duruma da müdaxiləsi “rəsmən” təsdiqləndi... - ZİBİLƏ DÜŞMÜŞÜK...

“Sülhməramlı”ların Qarabağdakı kriminal duruma da müdaxiləsi “rəsmən” təsdiqləndi... - ZİBİLƏ DÜŞMÜŞÜK... Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti(!) yerləşdirilmiş Rusiyanın “sülhməramlı” adlanan kontingentinin artıq haykların məskunlaşdırıldığı ərazidəki iqtisadi və kriminal duruma da birbaşa müdaxilə etməsi “rəsmən” təsdiqlənir.

Moderator.az xəbər verir ki, deyilənləri Xankəndindəki separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyanın dünən axşam “Facebook” səhifəsində etdiyi növbəti paylaşım da sübut edir.

Separatçı məmurun paylaşımından bəlli olur ki, “sülhməramlı”ların tərkibində Azərbaycan Respublikası ərazisinə Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri də daxil olub. Həmin əməkdaşlar ərazidəki iqtisadi cinayətlərə də birbaşa müdaxilə edir və öz bildikləri kimi tədbirlər görürlər.

“Artsax sülhməramlı qüvvələrinin tərkibində Rusiya hüquq-mühafizə orqanları nümayəndələri ilə əməkdaşlıq qısa müddətdə bazarda müxtəlif məhsulların inflyasiyasına, qeyri-sağlam rəqabətə və iqtisadi maraqların toqquşmasına səbəb olan cinayətləri neytrallaşdırmağa imkan verəcək yeni sürət qazanıb. Artsaxdakı bəzi tamahkar iqtisadçıların hərəkətləri səbəbindən humanitar daşınmalarla təşkil edilən zəruri ərzaq, dərman və zəruri əşyalar çox vaxt planlaşdırılandan daha az miqdarda olur. Bütün bunlar elə qurulub ki, heç kim özünü məsuliyyətdən kənar hiss etməsin. Bir daha sizi bu cür hərəkətlərdən və maddi ziyan vurmaqdan çəkinməyə çağırırıq”,- üzdəniraq “dövlət naziri”nin açıqlamasında belə deyilir.
Məlum olur ki, Q.Nersisyanın aprel ayında da oxşar bəyanatı olub...

Zəruri şərh:

Deyilənlər bir daha Rusiya imperiyasının Azərbaycan ərazisindəki “sülhməramlı” adlanan ordusunun birbaşa işğalçı qüvvə olduğunu və onun müstəqil(!) Azərbaycan Respublikasının suverenliyini, Konstitusiyasını, qanunlarını heçə sayaraq tapdadığını sübut edir. Putinin tabeliyindəki hərbçilər torpağımızda faktiki olaraq bütün proseslərə müdaxilə edən idarəçilik, canişinlik formalaşdırıblar. Biz bunun belə olacağını həmin kontingentin ərazimizə daxil olduğu ilk günlərdən demişdik...

Oxşar xəbərlər