Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi Qusar rayonunda yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi Qusar rayonunda yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir Son günlər bəzi internet saytlarında Qusar Rayon İcra Hakimiyytəinin başçısı Şair Alxasov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Qusar Rayon İcra Hakimiyytəinin başçısı Şair Alxasov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından Qusar əhalisi qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Qusar Rayon İcra Hakimiyytəinin başçısı Şair Alxasov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Şair Alxasovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Şair Alxasov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

***

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubiley şərəfinə 2023-cü il Pespublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Heydər Əliyev" ili elan edilmiş, müvafiq tədbirlər planı təsdiq olunmuş və bütün ölkə ərazisində silsilə yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur. İlin əvvəlindən başlayaraq Qusar rayonu ərazisində də müxtəlif səpkili yubiley tədbirlərinə start verilmişdir. Təsdiq olunmuş təqvim planına uyğun olaraq may ayının 10-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş ümumrayon konfransı keçirilmişdir. Konfransdan əvvəl Qusar Rayon İcrra Hakimiyytəinin başçısı Şair Alxasov, rayonun idarə, müəssisə rəhbərləri Heydər Əliyev parkında ucaldılmış Ulu Öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək düzən dahi liderə ehtiramlarını bildirmişlər. Mədəniyyət Mərkəzində keçirilən konfransda Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli, xalqımızın xilas və tərəqqi yoluna çevrilmiş fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir. Bütöv bir xalqın idealına, müstəqil Azərbaycanımızın rəmzinə çevirmiş Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı danışılmış, xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətləri xüsusi vurğulanmışdır. Heydər Əliyevin hakimiyyətdə olduğu illərin bütün Azərbaycanda olduğu kimi Qusar bölgəsinin də həyatında yeniləşməyə və dirçəlişə səbəb olduğu, rayonda inşa edilmiş ictimai, sosial və yaşayış binalarının əksəriyyətinin məhz o illərdə tikildiyi, əhalinin güzaranının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirildiyi dərin minnətdarlıqla qeyd edilmişdir.

Qusar rayonunun əhalisi hər zaman dahi şəxsiyyət Heydər Əliyevin xüsusi qayğısının şahidi olmuşdur. Heydər Əliyevin 1998-ci ilin oktyabrında qusarlılarla mehriban, səmimi görüşü, onun rayonumuzun, xalqımızın tarixi keçmişi və bu günü ilə bağlı dediyi, insanı riqqətə gətirən fikirləri xoş xatirə kimi qusarlıların hafizəsində silinməz iz buraxmışdır. Dahi öndərimiz Qusarda olarkən demişdir “… qusarlılar xüsusi etimada layiqdir, Sizin tarixiniz qəhrəmanlıq tarixidir. Sizin tarixiniz qurub-yaratmaq tarixidir. Vətənə, torpağa, dövlətə sədaqət göstərmək tarixidir.

... Bu gün müstəqil Azərbaycanın apardığı bütün quruculuq, yaradıcılıq işlərində qusarlıların öz yeri var. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, qusarlılar Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında xidmətlər göstərmişlər, qan tökmüşlər, şəhidlər vermişlər, Azərbaycanın milli qəhrəmanlıq zirvəsinə ucalmışlar.” Bu ümummilli liderimizin qusarlılara verdiyi ən yüksək qiymətdir.

Konfransda Ulu Öndərin həyat və faəliyyətindən bəhs edən film nümayiş etdirilmişdir. Heydər Əliyevin 100 illik yubiley tədbiri mərkəzi meydanda düzənlənmiş möhtəşəm konsert proqramı ilə davam etmişdir.

Oxşar xəbərlər