Azərbaycan Respublikası üçün Qafqazda sülh və təhlükəsizlik ən önəmli məsələrdən biridir

Azərbaycan Respublikası üçün Qafqazda sülh və təhlükəsizlik ən önəmli məsələrdən biridir
Prezident İlham Əliyev cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxış edib və ictimayyətə maraqlı olan bir sıra məsələlər barədə məlumat verib. Şuşa Azərbaycanın baş tacı, azərbaycanlıların birliyinin, əzəmətinin təcəssümüdür. Şuşa sıfırdan yenidən qurulur, gözəlləşir əvvəlki əzəmətini özünə qaytarır. Ulu Öndər Heydər Əliyev Şuşaya həmişə yüksək qiymət vermiş, Qarabağı üzüyə, Şuşanı isə onun qaşına bənzətmişdir. Doğma Şuşada Ulu Öndərin 100 illiyi ilə bağlı silsilə tədbirlərin keçirilməsi məhz Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi yekunudur. Ulu Öndər Heydər Əliyev həmişə Azrbaycanın maraqlarını qoruyan bir şəxs olmuşdur. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdir: “Ulu Öndərin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik”.
Azərbaycan Respublikası üçün Qafqazda sülh və təhlükəsizlik ən önəmli məsələrdən biridir, məhz bu baxımdan Azərbaycan həmişə Ermənistanı sülhə dəvət edən tərəf olmuşdur. Minsk qrupunun fəaliyyətsizliyi, Ermənistanın sülh danışıqlarından yayınması, necə deyərlər Qafqazda suları bulandırmasına Azərbaycan tərəfi uzun müddət dözüm göstərə bilməzdi. Azərbaycan üçün ən önəmli faktor ərazi bütövlüyünü təmin etmək, sərhədlərinin təhlükəsizliyini təmin etməkdir. Otuzillik işğal Ermənistanın iqtisadi layihələrdən kənarda qalmasına, regional inkişaf proseslərindən təcrid olunmasına səbəb oldu. Azərbaycan tərəfi bugündə sülh mövqeyindən çıxış edir, Azərbaycan inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürür.
Azərbaycan Türkiyə mütəffiqliyi yeni geosiyasi realıqda artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir. Şuşanın azad edilməsi həqiqətən də bizim ruhumuzun nümayişidir.

Bakıxanov qəsəbəsi, 80 saylı tam orta məktəbin
tarix müəllimi Aytən Sərdarlı

Oxşar xəbərlər