DAŞKƏSƏN RAYONUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ TƏNTƏNƏLİ YIĞINCAĞ KEÇİRİLİB

DAŞKƏSƏN RAYONUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ TƏNTƏNƏLİ YIĞINCAĞ KEÇİRİLİB Mayın 10-da Daşkəsən rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən ümumrayon yığıncağında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, hərbçilər, ağsaqqallar, ziyalılar, YAP fəalları, şəhid ailələri, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi yad olunub. Həmçinin Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ümumrayon yığıncağında çıxış edərək deyib:

- Bu gün, may ayının 10-nu Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil demokratik Azərbaycanın memarı, dünyaşöhrətli görkəmli siyasətçi, dahi rəhbər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Bütün dünya azərbaycanlıları və ölkəmizin hər bir ərazi, bölgəsində olduğu kimi biz Daşkəsənlilər də bu əlamətdar tarixi gündə Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla və minnətdarlıqla yad edirik.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafına nail olmuşdur.

20-ci yüzilliyin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika iqtisadi göstəricilərinə görə ittifaq miqyasında sonuncu yerlərdən birində idi. Bu acınacaqlı vəziyyətdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil oldu. Həmin dövrdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal müəssisələri, mühüm infrastruktur obyektləri istifadəyə verildi, 630 min yeni iş yeri açıldı, yeni yaşayış massivləri salındı.

Beləliklə, 1970-ci illərin sonunda Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə ittifaqın ən qabaqcıl respublikaları sırasına çıxdı.

Azərbaycançılıq ideologiyasının formalaşması, Ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar kimi tanıdılması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələridir.

1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. SSRİ kimi nəhəng dövlətin hakimiyyət sistemində Azərbaycan oğlunun yüksək mövqe tutması çox qürurverici hadisə idi. Bu illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırır, sorağı SSRİ-nin hüdudlarını aşırdı. Heydər Əliyev Moskvada yaşadığı və işlədiyi dövrdə də Azərbaycana diqqət və qayğısını əsirgəmir, respublikamızın ictimai, mədəni həyatı ilə daim maraqlanırdı.

Heydər Əliyevin mərkəzi hakimiyyətdə yüksək vəzifə tutması ermənilərin Azərbaycanla bağlı məkrli planlarının həyata keçməsinə mane olurdu. Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postunu tutması Qorbaçov-erməni qruplaşmasına əsla sərf etmirdi və onların hədəfi Azərbaycanın böyük oğlunu bu vəzifədən uzaqlaşdırmaq idi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yürütdüyü siyasi xəttə etiraz olaraq Heydər Əliyev 1987-ci il oktyabrın 21-də tutduğu vəzifədən istefa verdi.

SSRİ rəhbərliyinin imperiya siyasətinə və ermənipərəst mövqeyinə etiraz əlaməti olaraq, Azərbaycan xalqı azadlıq hərəkatına qalxdı. Xalqımızın müstəqillik əzmini qırmaq üçün 1990-cı ilin yanvarında Bakıya qoşun yeridildi və qanlı qırğın törədildi. Azərbaycan xalqının taleyinə biganə qala bilməyən Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar ilə əlaqədar bəyanat verdi.

Məhz belə bir ağır zamanda Heydər Əliyev xalqının yanında olmaq üçün Bakıya gəlsə də, ovaxtkı hakimiyyətin təzyiqi nəticəsində doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Azərbaycanın müstəqilliyə gedən yolda ilk addımlar məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda atıldı.

SSRİ-nin saxlanması ilə bağlı referendumun keçirilməsinə qarşı çıxan Heydər Əliyev bu barədə qətiyyətli mövqeyini bildirdi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda referendum boykot edildi, rus sovet qoşun hissələri buradan çıxarıldı, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi, Kommunist Partiyasının Naxçıvandakı bütün strukturları ləğv olundu.

Bütün bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyev Naxçıvanı erməni işğalından qorudu və muxtar respublikanın iqtisadi-sosial blokadadan çıxarılması üçün əlindən gələni əsirgəmədi.

Dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzül yaşayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı.

Belə ağır bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, dövlətçiliyimizi hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorudu və ölkəmizi dayanıqlı inkişaf yoluna çıxardı.

Ümummilli Liderin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bununla da Azərbaycan demokratik inkişafın yeni mərhələsinə qədəm qoydu.

Heydər Əliyevin fəaliyyəti sayəsində Azərbaycanın geosiyasi və mədəni potensialından səmərəli istifadə edilməklə ölkənin gələcək dinamik inkişafı üçün əlverişli imkanlar açıldı, məhz Ulu Öndərin təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpasına yönəlmiş beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycanın aparıcı rolu təmin olundu.

Məhz Heydər Əliyevin çox gərgin və genişmiqyaslı fəal diplomatik səyləri nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı.

Heydər Əliyevin dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş azərbaycanlıların birlik və həmrəyliyinin yaradılması işində müstəsna xidmətləri vardır. Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirildi, Azərbaycan diasporunun fəaliyyətinin canlandırılması və gücləndirilməsi sahəsində çox mühüm qərarlar qəbul edildi.

Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə oldu, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edildi.

“Əsrin müqaviləsi”nin praktik cəhətdən reallaşması, sənayenin bir çox sahələrinə sərmayələrin yönəldilməsi, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi sənayedə dirçəlişin təməlini qoydu. İqtisadiyyatın bütün sahələrində aparılan düzgün və səmərəli siyasət nəticəsində ölkədə ümumi daxili məhsul 71 faiz artdı və 2002-ci ildə 6,1 milyard manata çatdı.

Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu, başlatdığı nəhəng işlərin icrası onun ən layiqli davamçısı və siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İndi Azərbaycan dünyada dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qalib və məğrur Azərbaycan xalqı Ümummilli Liderimizin həmişəyaşar ideyaları əsasında 44 günlük Vətən müharibəsində ermənilər üzərində tam qələbə çaldı, Azərbaycanın tarixi torpaqlarını işğaldan həmişəlik azad etdi. İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla qazanılmış parlaq Zəfər güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Möhtərəm Prezidentimiz, müzəffər sərkərdə cənab İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirərək Azərbaycan xalqını Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası ətrafında yenidən bir yumruq kimi birləşdirdi.

Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır.

Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Biz daşkəsənlilər Ümummilli Liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək dəyərləndiririk. Biz Daşkəsənlilər həmişə olduğu kimi, bundan sonra da Ulu Öndər Heydər Əliyevin Azərbaycanda daim yaşayan və qalib gələn ideyalarına sədaqət və inam nümayiş etdirəcək, əvəzolunmaz qüdrətli siyasi lider cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək ölkəmizin hərtərəfli davamlı inkişafı üçün var qüvvəmizi əsirgəməyəcəyik.

Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Yaşasın Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları!

Eşq olsun möhtərəm Prezidentimiz cənab İlham Əliyevə!



Sonra “Ulu Öndər Heydər Əliyev” adlı sənədli film nümayiş etdirilib.

Ümumrayon yığıncağının davamı olaraq saat 16-00-da Daşkəsən şəhərinin mərkəzi meydanında Ümummilli Liderimizin 100 illik yubleyi ilə bağlı möhtəşəm bayram konserti keçiriləcək, atəşfəşənlıq təşkil olunacaqdır.



Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini




DAŞKƏSƏN RAYONUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ TƏNTƏNƏLİ YIĞINCAĞ KEÇİRİLİB
DAŞKƏSƏN RAYONUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ TƏNTƏNƏLİ YIĞINCAĞ KEÇİRİLİB
DAŞKƏSƏN RAYONUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ TƏNTƏNƏLİ YIĞINCAĞ KEÇİRİLİB
DAŞKƏSƏN RAYONUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ TƏNTƏNƏLİ YIĞINCAĞ KEÇİRİLİB
DAŞKƏSƏN RAYONUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ TƏNTƏNƏLİ YIĞINCAĞ KEÇİRİLİB
DAŞKƏSƏN RAYONUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ TƏNTƏNƏLİ YIĞINCAĞ KEÇİRİLİB
DAŞKƏSƏN RAYONUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ TƏNTƏNƏLİ YIĞINCAĞ KEÇİRİLİB
DAŞKƏSƏN RAYONUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ TƏNTƏNƏLİ YIĞINCAĞ KEÇİRİLİB
DAŞKƏSƏN RAYONUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ TƏNTƏNƏLİ YIĞINCAĞ KEÇİRİLİB
DAŞKƏSƏN RAYONUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ TƏNTƏNƏLİ YIĞINCAĞ KEÇİRİLİB

Oxşar xəbərlər