Erməni bolşevik birləşmiş quldur dəstələri təkcə Bakıda deyil, əyalətlərdə də qırğınlar törətmişdilər

Erməni bolşevik birləşmiş quldur dəstələri təkcə Bakıda deyil, əyalətlərdə də qırğınlar törətmişdilər
Azərbaycan XIX-XX əsrlərdə baş verən faciələri torparlarının zəbti ilə müşaiət olunaraq ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətidir. Bu hadisələrin yalnız birinə 1918-ci il mart Soyqırımına siyasi qiymət göstərilmişdir.
AXC-nin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Erməni bolşevik birləşmiş quldur dəstələri təkcə Bakıda deyil, əyalətlərdə də qırğınlar törətmişdilər. 1918-ci il 30 mart - 3 aprel tarixində Bakı şəhəri, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Salyan, Lənkaran, Zəngilan və digər ərazilərdə 30 000-dən çox günahsız-dinc sakinləri qətlə yetirmişlər.
Ümumiyyətlə soyqırım nəticəsində 50 000-dən çox sakin qətlə yetirilib. Yüzlərlə kənd-yaşayış yerləri xarabalığa çevrilmişdir. Bu tarix Aəzrbaycan xalqının qad yaddaşıdır. Məhz bunu nəzər alan Ulu Öndər Heydər Əliyev 1998-ci il 26 mart tarixili Fərmanı imzaladı soyqırımın yüz illiyi ilə əlaqədər 2018-ci il yanvarın 18-də Sərəncam imzalandı.
Quba şəhərində Soyqırım Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılmışdır. Hər il 31 mart tarixi ölkəmizin bütün ərazisində soyqırım günü kimi qeyd edilir.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
tərbiyə işləri üzrə direktor müavini və tarix müəllimi Cavanşir Əliyev

Oxşar xəbərlər