Azərbaycan çətin və uzun siyasi yoldan keçmişdir

Azərbaycan çətin və uzun siyasi yoldan keçmişdir Azərbaycanda siyasi və iqtisadi inkişafı təmin etmək üçün bütün sahələrdə islahatlar həyata keçirilir. Ölkənin yüksələn inkişafını təmin etmək üçün bu islahatlar hərtərəfli və uzunmüddətli tətbiq olunmalıdır. Burada ciddi məqam boşluqların, çatışmazlıqların vaxtında və dəqiq müəyyən edilməsidir. 2020-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsinin əsas səbəbi də islahatları dərinləşdirmək olmalıdır. Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar da mütləq aparılmalıdır.

Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. Müasir dövrdə Azərbaycan əhalisinin böyük qismini gənclər təşkil edir. Bu dövlətimizin gəncləşməsi deməkdir. Bütün sahələrdə gənclərin ön planda olması dövlətimizin gənc nəslə göstərdiyi qayğı və diqqətin göstəricisidir.

Azərbaycan çətin və uzun siyasi yoldan keçmişdir. Bu yolda bizə mane olmağa çalışan, inkişafımızın qarşını almağa çalışan az olmayıb. Bunlara bir sıra Beynəlxalq təşkilatları da misal göstərə bilərik. Onlar Azərbaycana qarşı əsassız iddialar irəli sürmüş, həqiqəti lazımınca işıqlandırmamış və tərəf tutmuşdular. Ancaq güclü liderimiz sayəsində Azərbaycan öz gücünü, iradəsini bütün dünyaya nümayiş etdirib. Ən böuük uğurlardan biri isə ölkədə sabitliyin təmin olunmasldır.

Dövlətimizin sürətli inkişafını təmin edən səbəblərdən biri də beynəlxalq aləmdə güclü tərəfdaş kimi tanınmasıdır. Azərbaycan həm türk dövlətləri ilə, həm də Avropa dövlətləri ilə sıx əməkdaşlıq şəklindədir.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin

tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər