Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır

Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur  xarakteri daşıyır
Prezident cənab İlham Əliyev ölkə daxilində kadr islahatlarının aparılmasını daim diqqət mərkəzində saxlayır. Çünki, bütün xarici məsələlərin kökü daxildə onun dayağı olan dövlət orqanlarında çalışan kadrların işindən aslıdır. Bizə yaxşı bəllidir ki, bizim mənfur düşmənlərimiz istər ölkə xaricində, istərsə də daxilində müxalif qüvvələr axtarışındadır. Elə bu səbəbdəndir ki, islahatlara ehtiyac yaranmışdır. Dövlət başçısının kadr təyinatında irəli sürdüyü əsas tələb ondan ibarətdir ki, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Dövlətçiliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir. Eyni zamanda, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır.
Kadr islahatları ölkənin inkişaf strategiyasının ana xəttini təşkil edir. Düzgün aparılan kadr siyasəti həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir. Bu gerçəkliklərin fonunda Azərbaycanda son vaxtlar dövlət aparatının strukturu və funksiyaları optimallaşdırılıb, dövlət hakimiyyəti orqanlarının kadr potensialının peşəkar səviyyədə inkişafının idarəetmədə səmərəliliyinin artırılması təmin olunub. Bu məqsədlə dövlət idarəçiliyinin və dövlət qulluqçularının davamlı peşəkar təliminin və normativ-hüquqi bazasının yaradılması prosesi uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyev tərəfindən son dövrlərdə aparılan struktur və kadr islahatları iqtisadiyyatımızın güclənməsinə, regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə stimul verməkdədir.

Zabrat qəsəbəsi, 75 saylı tan orta məktəbin
Tarix müəllimi Kamilə Qurbanova

Oxşar xəbərlər