Ruhani Azərbaycana səfərə hazırlaşır

Ruhani Azərbaycana səfərə hazırlaşır Tehran və Bakı 40-dan çox saziş barədə razılıq əldə ediblər

İran prezidenti Həsən Ruhaninin qarşıdakı Bakı səfəri İran və Azərbaycan arasında əməkdaşlığın səviyyəsini yüksəldəcək.

Bunu Trend-ə eksklüziv müsahibəsində İranın vitse-prezidenti Məsud Soltanifər bildirib.

Onun sözlərinə görə, prezident Həsən Ruhaninin Bakıya ən yaxın bir neçə ay ərzində gələcəyi gözlənilir.

M.Soltanifər qeyd edib ki, Həsən Ruhani və Prezident İlham Əliyev son iki il ərzində altı dəfə görüşüblər.

Vitse-prezident bildirib ki, prezidentlər ikitərəfli əlaqələri dərinləşdirmək niyyətindədir.

Onun sözlərinə görə, Tehran və Bakı prezidentlərin görüşləri zamanı 40-dan çox saziş barədə razılıq əldə ediblər.

Fevralın sonunda Tehranda keçirilmiş prezidentlərin son görüşü zamanı Tehran və Bakı arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənədin imzalanmasına nail olunub.

İran və Azərbaycan arasında əməkdaşlığın sahələrini dəqiqləşdirərək, İranın vitse-prezidenti qeyd edib ki, qonşu ölkələr sənayedən və elmdən tutmuş turizmə qədər bir sıra sahələr üzrə bir neçə layihələrə göz yetiriblər.

İranın vitse-prezidenti BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakı ilə əlaqədar Bakıya səfər edib.

Oxşar xəbərlər