Xocalı Soyqırımı yalnız Azərbaycan xalqına deyil, insanlığa edilmiş bir cinayətdir

Xocalı Soyqırımı yalnız Azərbaycan xalqına deyil, insanlığa edilmiş bir cinayətdir
Xocalı soyqırımı - tarixin ən dəhşətli səhifətlərindən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmişdir. Keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə şəhər hücuma məruz qaldı və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutuldu. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edilmişdir. Həmçinin Ulu Öndərin verdiyi 25 fevral 1997-ci il Sərəncamı ilə Xocalı Soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
İnsan itkiləri ilə birgə neçə-neçə mədəniyyət mərkəzləri, binalar, türbələr, məzarlar, muzeylər, kitabxanalar və s. yerlə-yeksan edilmişdir.
XX əsrin sonuna təsadüf edilən Xocalı Soyqırımı yalnız Azərbaycan xalqına deyil, insanlığa edilmiş bir cinayətdir. Xocalı Soyqırımı bir çox dünya dövlətləri tərəfindən qəbul edilən parlament aktlarında tanınmışdır. Bütün dünya dövlətlərinin jurnalistləri tərəfindən dəfələrlə işıqlandırılmışdır.
2020-ci ildə “Dəmir Yumruq” Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə Vətən müharibəsində bütün şəhidlərimiz kimi Xocalı şəhidlərinin də qanı yerdə qalmadı.
Allah cəmi Şəhidlərimizə rəhmət etsin, Ali Baş Komandanımız İlham Əliyevə və Azərbaycanın ərazisini qoruyan igid əsgərlərimizə isə can sağlığı arzulayıram. Allah Azərbaycan xalqını qorusun!!!

Bakıxanov qəsəbəsi, 213 saylı məktəb-liseyin
direktoru Səbinə Əliyeva

Oxşar xəbərlər