Xocalı soyqırımının acı fəsadları hər bir azərbaycanlının sağalmaz yarasına çevrilmişdir.

Xocalı soyqırımının acı fəsadları hər bir azərbaycanlının sağalmaz yarasına çevrilmişdir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə ...

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər.

Xocalı soyqırımının acı fəsadları hər bir azərbaycanlının sağalmaz yarasına çevrilmişdir.Erməni vandallarının törətdikləri bu cinayətlər amansız və qəddar soyqırım aktı adı altında insanlıq tarixinə ən qorxulu kütləvi terror aktı kimi daxil olmuşdur.

Qədim dövrdən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirən Xocalı sözün əsl mənasında yerlə yeksan oldu.Yüzlərlə günahsız Xocalı sakinləri misli görülməmiş müsibətlər yaşadı. Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır.

Xalqımız öz haqq səsini dünyaya çatdırmaq üçün çox çalışdı. Bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması 44 günlük Vətən müharibəsində misilsiz igidlik göstərən qəhrəman ordumuz tərəfindən Xocalı faciəsi qurbanlarının da qisasının döyüş meydanında alınması ilə nəticələndi. Şəhidlərimizin qanı yerdə qalmadı. Xocalıya tarixi ədalət qismən də olsa bərpa olundu.

Sabunçu qəsəbəsi, 155 №li tam orta məktəbin

ibtidai sinif müəllimi Günay Əhmədova

Oxşar xəbərlər