
Bundan başqa turnir çərçivəsində peşəkarlar arasında daha 5 döyüş keçiriləcək. Qeyd eüdək ki, peşəkarlar arasında keçiriləcək yarışda 56kq çəki dərəcəsində Əsgərov Sahil (“Cənub” İK) və Qəmbərov Babək (“Qartal” PİK), 65kq çəki dərəcəsində Məmmədov Riad (“Sarivan”İK) və Eminov Tələt (“Neftçi” İK), 70kq çəki dərəcəsində Əhmədzadə İlqar (“CFC” FK) və Rəcəbov Sənan (“Fayter” FK), gənclər arasında 56kq çəki dərəcəsində Quluyev Səməd (“Cənub” İK) və Manafov Nihat (“Qartal” PİK), yeniyetmələr arasında 42kq çəki dərəcəsində Məmmədov Ayxan (“Ramana” İK) və Kərimzadə Yasin (“Neftçi” İK) qarşılaşacaqlar. Xatırladaq ki, yarışın təşkilatçısı “Qartal” Peşəkar İdman Klubunun prezidenti, respublikanın əməkdar məşqçisi, ölkəmizdə əlbəyaxa döyüş növləri üzrə peşəkar döyüşlərin ən fəal təşkilatçılarından biri Yaqub İbrahimov eyni zamanda ölkəmizdə bir neçə beynəlxalq yarışın da təşkilatçılığını yüksək səviyyədə həyata keçirib.
Qeyd edək ki, “Qartal” Peşəkar İdman Klubunun və Azərbaycan Kunq-fu Federasiyasının təşkilatçılığı ilə keçiriləcək bu yarış “Kəhriz” sularının, “Berg” enerji içkilərinin, ölkənin ən qabaqcıl hazırlıq kurslarından biri olan “Academy Qalib Hazırlıq Kursları”nın, “Qartal Media” reklam şirkətinin sponsorluğu və AİA.az (Azərbaycan İnformasiya Agentliyi) saytının təşkilati-informasiya dəstəyi ilə keçiriləcək.