Elektrik enerjisindən az istifadə edənlərə mükafat veriləcək – Avropada

Elektrik enerjisindən az istifadə edənlərə mükafat veriləcək – Avropada Böyük Britaniyanın elektrik şəbəkəsi operatoru olan Milli Şəbəkə yanvarın 23-də ilk dəfə olaraq müştərilərin ən gərgin saatlarında elektrik enerjisi istehlakını azaltdıqlarına görə mükafatlandırmağa başlayacaq.

Bu barədə Demand Flexibility Service öz tviter səhifəsində yazıb.

Qeyd olunur ki, belə bir tədbir elektrik enerjisinin verilişinin təhlükə altında olması demək deyil.

Şirkətin saytında yer alan məlumata görə, “Demand Flexibility Service” pik saatlarda enerji istehlakının azaldılması üçün həvəsləndirici ödənişlər təqdim edən xidmətdir. Şirkət qənaət edilən hər kilovat-saat üçün altı funt-sterlinqə qədər ödəniş etməyi planlaşdırır.

Oxşar xəbərlər