“Strateji obyektlərə enerji verilişi bərpa olunub” — Pərviz Şahbazov

“Strateji obyektlərə enerji verilişi bərpa olunub” — Pərviz Şahbazov Azərbaycanda bütün strateji əhəmiyyətli obyektlərə elektrik enerjisinin verilişi bərpa olunub.
Bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib. Nazir bildirib ki, elektrik enerjisi olmayan yerlərdə də yaxın saatlarda problem aradan qalxacaq.
P. Şahbazov əlavə edib ki, hazırda elektrik kəsilməsi ilə bağlı problemin aradan qaldırılması üzrə işlər davam etdirilir və yaxın saatlarda bütün ölkə ərazisində elektrik enerjisi ilə təminat tam bərpa olunacaq.

Oxşar xəbərlər