Bu dəqiqələrdə İrandan Naxçıvana dron hücumları olub.“Qafqazinfo” xəbər verir ki, mülki təyinatlı obyektlər heç bir əsas olmadan hədəf alınıb.
Bu əməllər molla rejiminin riyakarlığını, nankorluğunu bir daha göstərir. ABŞ və İsrailin son hücumları ərəfəsində Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir halda istifadə edilməyəcəyini bəyan etsə də, öz xoş niyyətini və neytrallığını sübut etsə də, qarşı tərəfin ölkəmizə göstərdiyi bu nankor və riyakar münasibət molla rejiminin simasını yenidən göz önünə sərir.