Vilayət Eyvazovdan rüşvətə görə işdən çıxardığı DYP rəisinin yerinə TƏYİNAT

Vilayət Eyvazovdan rüşvətə görə işdən çıxardığı DYP rəisinin yerinə TƏYİNAT Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.

"Unikal"ın əldə etdiyi məılumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xaçmaz DYP-nin rəisi vəzifəsinə Füzuli Əsədov təyinat alıb. O, bu təyinatadək Xızı DYP-nin rəisi olub.

Xatırladaq ki, Xaçmaz DYP-nin sabiq rəisi Elnur Quliyev rüşvət qalmaqalına görə işdən çıxarılmışdı. Yayılan görüntülərdə polis mayoru Elnur Quliyevin otaqda polis əməkdaşları ilə pul müzakirə etdiyi barədə görüntülər yayılmışdı.

Oxşar xəbərlər