Hər bir millətin, xalqın bütövləşməsi, birliyi onun tarixi qələbəsi, mübarizliyinin təcəssümüdür

Hər bir millətin, xalqın bütövləşməsi, birliyi onun tarixi qələbəsi, mübarizliyinin təcəssümüdür

Nuranə Hüseynova
187 saylı orta məktəb
Azərbaycan dili və ədəbiyyatı müəllimi



Hər bir millətin, xalqın bütövləşməsi, birliyi onun tarixi qələbəsi, mübarizliyinin təcəssümüdür. Bir millət kimi azərbaycanlıların da bu şərəfli tarixi- Dünya Azərbaycanlılarının Haəmrəyliyi Gününü fəxrlə, qürurla qeyd etməsi gələcək nəsillərimizə ötürdüyümüz ən şərəfli ənənələrimizdəndir.
Bu gün qalib bir xalq kimi başı uca bir millət olaraq qeyd etdiyimiz bu bayramda xalqımızın tarix səhifələrini qanıyla yazan şəhidlərimizin ruhu qarşısında daha məsuliyyətli, daha əzmkar olacağımıza söz verməliyik. Söz verməliyik ki, vətənimizin bütövlüyü, vətəndaşlarımızın birliyi naminə iradəmizi, gücümüzü tam səfərbər edib gələcəyimizə gedən yolda daha da güclü olacağıq.
Əsrlərdir dahi şəxsiyyətlərimizdən bizə ötürülən bu inam, bu güc bu gün də cənab Ali Baş Komandan tərəfindən davam edir və bütün dünya azərbaycanlılarını birliyə, möhkəmliyə səsləyir. Bir vətəndaş, təhsil işçisi olaraq bizim bu yolda dövlətə, dövlətçiliyimizə dəstəyimiz həmrəyliyimiz, bütövlüyümüz naminə aparılan bu haqq yolunda gələcək nəsillərimizə verəcəyimiz mənəvi güc, onlara örnək olmaq və əlbəttə ki, vətən sevgisi, vətənpərvərlik duyğusunun aşılanması olar.
Bununla da, azərbaycanlı olmağımızı və dünyanın hansı tərəfində yaşamağımızdan asılı olmayaraq bu adı üzərində şərəflə daşıyan hər bir həmyerlimizi öz amalımıza çatmağa səsləməklə vətən qarşısında mənəvi borcumuzu layiqincə ödəmiş olarıq.





Oxşar xəbərlər