Zelenski ABŞ-yə gedir - AÇIQLAMA

Zelenski ABŞ-yə gedir - AÇIQLAMA Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü Vaşinqtona səfərə gedir.

“Bu barədə “Axios” məlumat yayıb.

Bildirilir ki, Zelenski Konqresin iclasında iştirak edəcək. Bu onun Ukraynada müharibə başlayandan bəri ABŞ-yə ilk şəxsi səfəri olacaq.

“Axios”a məlumat verən mənbələr bildirib ki, səfərin təfərrüatları hələ razılaşdırılmasa da, ABŞ Kapitol polisi çərşənbə günü mümkün səfər üçün təhlükəsizliyi gücləndirir.

Mənbələrdən biri bildirib ki, Zelenskinin səfəri təhlükəsizlikdən asılıdır.

Onun Ukraynaya göstərilən milyardlarla dollar yardıma görə millət vəkillərinə təşəkkür edəcəyi, həmçinin maliyyənin artırılmasına ehtiyac olduğunu izah edəcəyi gözlənilir.

Oxşar xəbərlər