Prezident Ofisi Zelenskinin harada olduğunu açıqladı

Prezident Ofisi Zelenskinin harada olduğunu açıqladı Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Kiyevdədədir.

Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Kirill Timoşenko “Rada” telekanalının efirində bildirib.

"Mən də Prezident kimi, Prezident Ofisinin rəhbəri kimi "Bankova"dayam. Deyə bilərik ki, gecə-gündüz işləyirik və Bankovada (Zelenskinin Ofisinin yerləşdiyi küçədə - red.) oluruq. Biz videoları küçədə çəkirik ki, insan yalan xəbərlərə inanmasınlar”, - Timoşenko telekanala müsahibəsində deyib.

Qeyd edək ki, son günlər bir neçə dəfə Ukrayna Prezidentinin ölkəni tərk etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Lakin Volodimir Zelenski sosial şəbəkə hesablarına bu məlumatları təkzib edib.

Ukrayna Prezidenti habelə bir neçə gün əvvəl ailəsinin harada olması barədə danışıb. Dövlət başçısı bildirib ki, ailəsi Rusiyanın hücumundan bu günə kimi ölkəni tərk etməyib.

“Mənim ailəm Ukraynadadır. Bu məsələ ilə bağlı əlavə məlumat vermək istəmədiyimi başa düşməyinizi xahiş edirəm”, - Zelenski təhlükəsizlik baxımından bunu sirr saxlayıb.

Oxşar xəbərlər