KİV: ABŞ ordusu ciddi problemlə üzləşib

KİV: ABŞ ordusu ciddi problemlə üzləşib ABŞ ordusu Baydenin siyasətindəki səhv hesablamalar səbəbindən əsgər çatışmazlığı ilə üzləşə bilər. "Bunu kərbi ekspert Cordan Preskott Amerika Mühafizəkarları üçün məqaləsində yazıb.

“Prezident Bayden respublikaçıları demokratiya üçün təhlükə elan edərsə, ölkənin çox hissəsini “yarı faşist” adlandırarsa,orduya inamın azalması təəccüblü deyil" - deyə məqalədə qeyd olunub

Müəllif həmçinin qoşunların Əfqanıstandan çıxarılmasını və Sayqondan alçaldıcı şəkildə geri çəkilməni xatırladıb. Onun fikrincə, bir çox potensial xidmət etmək istəyən şxəslər prezidentin səriştəsizliyini görərək, orduya qoşulmaq fikrindən əl çəkib.

Nəşr Vyetnam müharibəsindən sonra hərbi xidmətdən könüllü qüvvələrə keçidi nəzərə alsaq, bu çətin vəziyyətin qismən qaçılmaz olduğunu bildirib. Eyni zamanda, ölkədə belə bir tendensiya var ki, hərbi qulluqçular əsasən eyni ştatlardan gəlirlər və əksər hallarda irsi hərbi qulluqçulardır.

Mütəxəssis, ABŞ ordusunda xidmətin cəlbediciliyinin aşağı düşməsini yuxarıdakı amillərlə izah edir. O, həmçinin qeyd edir ki, son hesablamalara görə, orduya 30 mindən az adam qəbul ediləcək.

Oxşar xəbərlər