Ermənistan ordusu bu cihazlara görə əhalidən pul dilənməyə başladı

Ermənistan ordusu bu cihazlara görə əhalidən pul dilənməyə başladı Ermənistanda sosial şəbəkələrdə orduya pul yığmaq üçün kampaniyaya başladılıb. BAKU.WS-in məlumatına görə, bu barədə erməni fəallar öz şəxsi profilindən yazıb. Məlumatlara görə, xüsusilə Ermənistan Müdafiə Nazirliyi gecə görmə cihazı ala bilmək üçün çətinlik çəkir. Məhz buna görə əhalidən pul yığaraq bu cihazları almaq planlaşdırılır. Maliyyə problemi olan Ermənistanda bir neçə milyona cihaz ala bilməyən nazirlik əhalidən mədət umur. Ermənistandan fərqli olaraq Azərbaycan bu cihazları özü istehsal edir. Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycan üzərinə düşən lazımi addımları atıb. Ermənistan isə Qarabağ döyüşlərində verdiyi böyük itkilərdən sonra təşvişə düşüb və əhalidən pul dilənərək orduya vəsait toplayır. Ancaq əhalinin də vəziyyətinin pis olduğunu nəzərə alsaq bunun da çıxış yolu olmadığı anlaşılır.

Oxşar xəbərlər