Ermənistanda təhsillə əlaqədar orduya çağırış möhləti ləğv edilir

Ermənistanda təhsillə əlaqədar orduya çağırış möhləti ləğv edilir Qanun layihəsi parlamentə təqdim ediləcək

Ermənistan hökuməti yaxın bir ay ərzində ali məktəblərdə təhsil ilə əlaqədar orduya çağırış möhlətinin ləğv edilməsi barədə qanun layihəsini parlamentə təqdim etmək niyyətindədir.

Bu barədə hökumət aparatının rəhbəri, nazir David Arutünyan bildirib.

“Qanun layihəsinə əasən 18 yaşına çatmış şəxslər ordu sıralarına çağırılmalıdır. Qanun layihəsi bir ay ərzində parlamentə təqdim ediləcək”, - Arutünyan deyib.

Onun sözlərinə görə, istisnalar yalnız hərbi sənaye ilə əlaqəli təbiət elmlər üzrə ixtisaslara şamil olunacaq.

Oxşar xəbərlər