Azərbaycan bütün qonşularla sülh və dostluq münasibətlərinin qurulmasını istəyir

Azərbaycan bütün qonşularla sülh və dostluq münasibətlərinin qurulmasını istəyir

Azərbaycanın üstünlüklərindən biri onun çoxmədəniyyətli və müasir düşüncəyə malik olmasıdır. Azərbaycan həmişə sülh tərəfdarı olmuşdur. Heç vaxt heç bir xarici faktora görə öz standartını və iradəsini hökumətimizə qarşı tətbiq etməyə imkan verməz və buna heç lüzum da görməyib.
Dövlət başçısı həmişə qeyd edir: “Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik”.
Torpaqlarımız işğaldan azad edildikdən sonra ölkəmizin “dostluq sərhədi” hər kəsə açıqdır. Amma bu o demək deyil ki, bəzi dairələrin ölkəmizə qarşı münasibətinə göz yummalıyıq. Dostluq sözdə yox, əməldə olmalıdır. Bəli sülh tərəfdarıyıq. Ölkə başçımız hər sözündə sülhün, dostluğun tərəfində olduğunu qeyd edib. Lakin “dəmir yumruq” naxələflərə qarşı çevriləndə bax onda vətən onu qoruyanın yanında olur.
İllərdən bəri müharibə şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatı daha əhəmiyyətlidir. Bu gün Azərbaycan güclü orduya malikdir. İstəmədən müharibə aparan, itkilər verən bir ölkə olaraq sülh və dostluq tərəfdarıyıq. Heç vaxt heç kimin torpağında gözümüz olmayıb. Yadellilər nə hikmətsə həmişə bizi nişan alıblar.
İnsan övladı ictimai varlıq olduğu üçün həmişə dosta ehtiyac duyub. Ölkə olaraq həmişə qonşularımızla dostluq və sülh şəraitində yaşayırıq. Bunu gələcək nəsillərə də ötürürük. Məhz qonşu ölkələrlə hərtərəfli dostluq, əməkdaşlıq Azərbaycanın haqlı işində Zəfər qazanmasında böyük rol oynayıb.
Çox sevindirici haldır ki, qonşu ölkələr Azərbaycana yüksək etimad göstərir. Azərbaycana müharibə lazım deyil. Ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və buna da Zəfərlə nail oldu. Artıq bizə “dəmir yumruq” kimi dostlar, mübarizlik meydanında sülhpərvər qonşular lazımdır.

Balaxanı qəsəbəsi, 259 nömrəli məktəbin
İbtidai sinif müəllimi Vəfa Tağıyeva


Oxşar xəbərlər