Şuşada Mərkəzi Xəstəxana tikiləcək

Şuşada Mərkəzi Xəstəxana tikiləcək Səhiyyə Nazirliyi açıq tender elan edib.

"Tender Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxananın tikintisinin (birinci mərhələ) satın alınması məqsədilə keçirilir.

İddiaçılar tender təklifini 14 dekabr 2022-ci il saat 10.00-a qədər tender komissiyasına (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A, telefon- 493-03-18) təqdim etməlidirlər. Satınalma proseduru yuxarıda qeyd olunan ünvanda 15 dekabr 2022-ci il saat 10.00-da keçiriləcək.

Tenderdə iştirak haqqı 3000 manatdır.

Oxşar xəbərlər