Azərbaycanda yararsız qəpiklər dövriyyədən çıxarılacaq

Azərbaycanda yararsız qəpiklər dövriyyədən çıxarılacaq Mərkəzi Bank bir qrup metal pul nişanlarının məhv edilməsi ilə bağlı tender keçirir

Azərbaycan Mərkəzi Bankı (AMB) metal pul nişanlarının məhv edilməsi sisteminin satın alınması ilə əlaqədar tender keçirir.

Bankın yaydığı xəbərdə bildirilir ki, iddiaçılar tender təklifini və onun bank təminatını oktyabrın 21-nə qədər, tələb olunan digər sənədləri isə oktyabrın 13-dək AMB-yə təqdim etməlidirlər.

Tenderdə iştirak haqqı kimi qurumun hesabına 1000 manat köçürülməlidir.

Tender proseduru oktyabrın 24-ü saat 15:00-da AMB-nin Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında keçiriləcək.

Oxşar xəbərlər