ABŞ dünya liderliyindən əl çəksə, bu baş verəcək

ABŞ dünya liderliyindən əl çəksə, bu baş verəcək Dünyanın ABŞ liderliyindən kənar qalmasına izn vermək olmaz.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Bizim fikrimizcə, bu, yeni dövrün necə olacağı ilə bağlı yarışdır. Kimin dəyərləri əks olunacaq? Bizim seçimimiz sadədir – dünya öz-özünü idarə etmir. ABŞ üçün seçim belədir: əgər biz idarəetmədə iştirak etmiriksə, əgər lider rol oynamırıqsa, onda ikisindən bir olmalıdır – ya o yeri kimsə başqası, məsələn, Çin tutacaq – bu, heç də bizim maraqlarımız və dəyərlərimizlə üst-üstə düşmür, yaxud daha pis – o yeri heç kəs tutmur, bu zaman isə boşluq, vakuum yaranır; bu vakkumu da yaxşı şeylərdən daha çox pis şeylər doldura bilər”, - o bildirib.

Oxşar xəbərlər