
“Rosbalt” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizim amerikalı həmkarlarımız görüş bitdikdən dərhal sonra bir-birilə həmrəy olub, qorxulu filmlərdə olduğu kimi, Baydenin Putini necə qorxutması və s. haqqında danışmağa başladılar. Bu belə deyil”, - deyə o bildirib.
Peskov etiraf edib ki, Bayden Ukraynaya qarşı işğal hərəkəti olarsa, o zaman Rusiya maliyyə cəhətdən təcrid olunacaq və sairə.
Putin və Bayden arasında danışıqlar dekabrın 7-də videobağlantı vasitəsilə aparılıb. Ölkə liderləri xüsusilə NATO-nun genişləndirilməsi, Ukrayna ərazisindəki vəziyyəti müzakirə ediblər.