Rövşən Əhmədov: Yeni əsrin yeni Lideri-İlham Əliyev!

Rövşən Əhmədov: Yeni əsrin yeni Lideri-İlham Əliyev! Ağcabədidə Şəhid ailəsi ziyarət olunub

Rövşən Əhmədov: Yeni əsrin yeni Lideri-İlham Əliyev!


2020-ci il Oktyabr ayının 6-da Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ağcabədi rayonunun Yeni Qaradolaq kənd sakini Hafiz Həziyevin şəhidlik zirvəsinə ucalmasının 2-ci ili tamam olmuşdur. Şəhidin anım günü münasibətilə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Hüquq- mühafizə orqanlarının rəhbərləri, kənd ictimaiyyətinin iştirakı ilə şəhid Hafiz Həziyevin qəbri ziyarət edilmiş, məzarı üzərinə tər çiçək dəstələri düzülərək, xatirəsi ehtiramla yad edilmişdir. Mərasimdə Yeni Qaradolaq kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərə həsr edilmiş şeirlər ifa edilmişdir. Günün ikinci yarısında YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov aparatın əməkdaşları ilə birlikdə şəhidin ailəsini də ziyarət etmiş, ailə üzvlərinin kədərinə şərik olmuşdur.

Söhbət zamanı şəhidin atası Varoğlu Həziyev oğlu Hafizin ailənin kiçik oğlu olduğunu qeyd etmiş, onun vətənpərvər, cəsarətli bir gənc kimi müharibənin ilk günlərindən döyüşlərə qatıldığını, 2020-ci ilin oktyabr ayının 5-də Füzuli uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak olduğunu, ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin fərmanlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edildiyini bildirdi. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov 30 ilə yaxın düşmən işğalında olan 20% torpağımızın məhz Hafiz kimi qəhrəman oğlanların sücaəti nəticəsində işğaldan azad edildiyini bildirdi. Bu qələbənin qazanılmasında canını Vətən yolunda fəda etmiş şəhidlərə allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzuladı. Şəhid atası Varoğlu Həziyev anım günündə onların ailəsini ziyarət etdiklərinə görə YAP Ağcabədi rayon təşkilatının əməkdaşlarına öz minnətdarlığını bildirmiş, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə, həmçinin şəhidlərin canı və qanı bahasına əldə edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinə şəxsən özü nəzarət etdiyinə görə Ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Rövşən Əhmədov: Yeni əsrin yeni Lideri-İlham Əliyev!Rövşən Əhmədov: Yeni əsrin yeni Lideri-İlham Əliyev!
Rövşən Əhmədov: Yeni əsrin yeni Lideri-İlham Əliyev!


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədovdur.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rövşən Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov - Yeni əsrin yeni lideri olan cənab İlham Əliyev 2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkilərində seçicilərin 76,8% səsini toplayaraq birinci müddətə Prezident seçilmişdir. Həmin möhtəşəm tarixdən 19 il ötür və bu müddət ərzində Azərbaycan misilsiz inkişaf yolu keçmişdir. Müstəqil Azərbaycanın və ən güclü siyasi təşkilatın-Yeni Azərbaycan Partiyasının qurucusu Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev müdrik və düzgün siyasəti ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarmışdır. Ötən dövr ərzində ölkəmizin beynəlxalq aləmdəki nüfuzu daha da güclənmişdir. Xüsusilə qeyd olunmalıdır ki, 1994-cü ildən etibarən ölkəmizdə gedən ən mühüm ictimai-siyasi və iqtisadi proseslərdə yaxından iştirak edən cənab İlham Əliyev neft-qaz, idman sahələrində, həmçinin parlamentdə, Avropa Şurasında və Baş nazir kimi fəaliyyəti dövrlərində də daim ümummilli liderimiz Heydər Əliyevin dahi siyasətinə sadiqlik nümayiş etdirmişdir. Həmin fəaliyətinin bariz nümunəsi Azərbaycanın hərtərəfli çiçəklənməsi ilə nəticələnmişdir ki, nəticə etibarilə dövlətimizin başçısı xalqın etimadını və böyük sevgisini qazanmışdır. 2003-cü ildə keçirilmiş prezident seçkilərində İlham Əliyevin prezident seçilməsi xalqın liderinə olan etimadının, eləcə də dövlətimizin başçısının dahi Heydər Əliyev siyasətinə sadiq qalacağına inamının ifadəsi idi.

Partiyamızın Sədri, Prezident İlham Əliyev 19 illik Prezidentlik fəaliyyəti dövründə Azərbaycan xalqına verdiyi vədləri ən üst səviyyədə həyata keçirdi. Bu müddət ərzində ölkəmizdə bütün sferalarda saysız-hesabsız uğurlara imza atılıb, insanların rifah halı daha da yaxşılaşıb, Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib, eyni zamandan beynəlxalq arenadakı nüfuzumuz yüksəlib. Azərbaycan Prezident İlham Əliyevin fəaliyyəti dövründə əsl intibahı yaşayır. Ölkəmiz bu illər ərzində bir sıra beynəlxalq təşkilatlara- 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasına, 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunmuşdur. Azərbaycan Respublikasının Hərəkata Sədrliyi 2019-2022-ci illəri əhatə etsə də üzv dövlətlərin müraciəti ilə sədrlik səalhiyyətləri 1 il müddətinə artırılmışıdr. Azərbaycanda cənab Prezidentin təşəbbüsü ilə bir çox böyük layihələr icra olunmuşdur. Bakı-Tibilisi-Ceyhan, Bakı-Ərzurum, Bakı-Tibilisi-Qars, TANAP, TAP layihələri ölkədə aparılan genişmiqiyaslı işlərin bariz nümunəsidir.

Rövşən Əhmədov: Yeni əsrin yeni Lideri-İlham Əliyev!


Azərbaycanın 2020-ci il 27 sentyabr tarixində erməni silahlı birləşmələrinin təxribat aktına cavab olaraq, həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatı nəticəsində 30 ilə yaxın müddətdə işğal altında olan 20% torpaqlarımız düşməndən azad olundu. Möhtəşəm Qələbəmiz cəmi 44 gün ərzində Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi, diplomatik məharəti və Azərbaycan Ordusunun rəşadəti hesabına əldə olundu. Bu gün işğaldan azad olunan doğma ərazilərimizdə bərpa-quruculuq işləri aparılır və bu da vətəndaşlarımızın öz dədə-baba yurdlarına yaxın gələcəkdə baş tutacaq Böyük Qayıdışının başlanığıcıdır. Xüsusilə qeyd etmək lazımdır ki, Böyük Zəfərin, ölkəmizdə əldə olunan nailiyyətlərin, bütün sahələrdəki inkişafın əsasında Partiyamızın Sədri, dövlətimizin güclü Lideri İlham Əliyevin yürütdüyü müdrik YAP siyasəti dayanır. Tarixə qızıl hərflərlə yazılan Vətən müharibəsi Qələbəsi bütün dünyaya sübut etdi ki, Azərbaycan qüdrətli dövlətdir və xalqımız öz Liderinin seçimində düzgün qərar vermişdir!

Oxşar xəbərlər