f

f Mərkəzi Klinika Gəncə Xəstəxanası dünya standartlarına uyğun, müasir təbabətin tələblərinə cavab verən, modern avadanlıq və peşəkar həkimlərinə görə nəyinki bölgə əhalisinə, eyni zamanda, respublikanın sakinlərinə və xarici vətəndaşlara 7/24 saatlıq iş rejimində xidmət göstərən səhiyyə müəssisəsidir.

Burada xaricdə və Bakı Mərkəzi Klinikada çalışmış, mütamadi olaraq ixtisasartırma kursları , seminar və konfranslarda iştirak edən yüksək ixtisaslı, peşəkar həkimlərdən ibarət müasir xəstəxanalardan biridir.


f


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi, ümumi cərrah, əməkdar həkim Şamil Bədəlovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi, ümumi cərrah, əməkdar həkim Şamil Bədəlov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Şamil Bədəlov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi, ümumi cərrah, əməkdar həkim Şamil Bədəlova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi, ümumi cərrah, əməkdar həkim Şamil Bədəlovdur.

Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi, ümumi cərrah, əməkdar həkim Şamil Bədəlov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Şamil Bədəlov bu işin müqəddəsliyini qoruyub saxlayır. Şamil Bədəlov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Şamil Bədəlov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Şamil Bədəlov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Şamil Bədəlov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Şamil Bədəlov özünü doğruldub. Bizdə hörmətli Şamil Bədəlovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Həkim tərəfindən icra olunan açıq və qapalı (laparoskopik) əməliyyatlar:
• Təcili abdominal cərrahiyyə qarın boşluğu orqanlarının kəskin xəstəlikləri və zədələnmələri zamanı;
• Təcili torakal cərrahiyyə döş qəfəsi orqanlarının kəskin xəstəlikləri və zədələnmələri zamanı;
• Qarnın ön divarının bütün növ (o cümlədən təkrari) yırtıqlarının qeyri-dartıcı hernioplastikası;alloplastikası;
• Aralıq sahəsi cərrahiyyəsi (aralıq sahənin rekonstruksiyası, nəcis saxlaya bilməmə, rektosele və s.);
• Cərrahi qastroenterologiya (mədə və nazik bağırsaqda müdaxilələr);
• Biliopankreatoduodenal zona cərrahiyyəsi (öd kisəsi və öd yollarında, mədəaltı vəzdə, qaraciyər sistlərində və s. müdaxilələr);
• Koloproktologiya (babasil, anal çatlar, fistulalar və düz bağırsaq sallanması, paraproktitlərin müalicəsi, yoğun bağırsaqda müdaxilələr);
• Qalxanvari vəzində diaqnostik və müalicəvi müdaxilələr;
• Barriatrik cərrahiyyə (mədə kiçilməsi-sleeve qastrectomy) və s.


f

Oxşar xəbərlər