Qələbəyə aparan yol

Qələbəyə aparan yol Sentyabr ayının 27-dən xalqımızın qəhrəmanlıq salnaməsində yeni bir mərhələ başladı. Həmin gün Azərbaycan Ordusunun torpağımızın erməni işğalından azad olunması uğrunda zəfər yürüşü başladı. Xalqımızın mübarizə əzmi, şanlı ordumuzun döyüş qabiliyyəti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yenilməz siyasi iradəsi və qətiyyətli mövqeyi möhtəşəm Qələbəni Azərbaycan xalqına bəxş etdi. Xalqımızın yenilməzliyi, əzəli və əbədi torpağımız olan Qarabağımızda mənəvi birliyimizin, torpaqlarımızın bütövlüyünün rəmzi olan üçrəngli bayrağımızın dalğalanması ilə təsbit olundu.
Azərbaycan düz 26 il münaqişənin sülh yolu ilə həll variantına sadiq qaldı. Bu illər ərzində Ermənistan hər dəfə danışıqların həlledici məqamında bir bəhanə gətirərək və ya bir hadisə törədərək danışıqları dalana dirədi. Düşmən ölkədə 5 dəfə prezident seçkiləri keçirildi. 4 müxtəlif erməni millətçisi Ermənistana rəhbərlik etdi. Lakin bunların heç biri konstruktiv addım atmadı, atmaq istəmədi. Çünki bunların hər biri, hər şeydən əvvəl erməni idi. Erməni xisləti, hiyləgərlik, xəyanət, arxadan zərbə, faşist psixologiyası onların hər birinin ümumiləşmiş xüsusiyyətləri idi. Bu illər ərzində İlham Əliyev erməni dığalarının kaprizlərinə səbrlə dözdü. Bu illər ərzində İlham Əliyev həm də “sapı özümüzdən” olan baltaların, radikal müxalifətin sayıqlamalarını da eşitdi. Bəzən ölkə xaricində və daxılındə bir sıra neytral mövqeli insanların qınağına da tuş gəldi. Lakin xalq öz prezidentinə, öz Ali Baş Komandanına inanırdı və əmin idi ki, Prezident hər şeyi - nəyi, necə və nə vaxt eləməyi hamıdan yaxşı bilir və həm də problemin həlli üçün ciddi işlər görür. Heç kəsin belə təsəvvür etmədiyi bir hazırlıq işləri. Bu hazırlıq proqramın detalları təkcə bir şəxsə - Ali Baş Komandan İlham Əliyevə məlum imiş... Ordu quruculuğu hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin bir nömrəli məsələsi olmuşdur. Ölkənin bir nömrəli probleminin həlli üçün Azərbaycan güclü orduya malik olmalıdır. “Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün, xüsusilə nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitində yaşayır, orduya diqqət yüksək səviyyədə olmalıdır”. Bu gün Azərbaycanda əsası ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Azərbycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni şəraitə uyğun, müasir hərb elminin tələblərinə cavab verən, güclü ordu qurulmuşdur... Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Arsenalında yüksək dəqiqlikli ən müasir silahlara, yüksək texnologiyaların tələblərinə cavab verən, mühəndis texnikin qurğulara malik Azərbaycan Ordusu həm də bu silahları taktiki döyüş təlimlərində sınaqdan keçirmiş, onların idarə ediməsinə yiyələnmiş peşəkar zabit korpusuna, dünyanın ən qabaqcıl hərbi məktəblərində ordularında müasir hərb elminin sirlərinə yiyələnmiş hərbi elitaya malikdir. Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi - bu gün “Azərbaycan ordusu nəinki bölgədə həm hərbi potensialına, həm döyüş qabilyyətinə, həm də təhcizata görə dünya miqyasında güclü ordular sırasındadır”.
Məhz Ali Baş Komandanın, Ordumuzun və Xalqımızın birliyi Qələbəyə aparan yolu çəkdi. Bəli, bu yol heç də asan olmadı. Qələbə bizə şəhidlərimizin qanı bahasına başa gəldi. Onların ruhu həmişə bizim üçün uca olacaqdır.
Qələbən daimi olsun Azərbaycan !!!
Sabunçu rayonu, 68 №-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər