İcra başçıları daim insanlarla təmasda olmalıdır

İcra başçıları daim insanlarla təmasda olmalıdır İcra hakimiyyəti dövlətin üç qolundan biridir.O,bir-biri ilə sıx surətdə bağlı olan müəyyən dövlət orqanları sistemində təmsil edilir.Bu sistem dövlət orqanları və qulluqçularının əsas çoxluğunu əhatə edir və geniş hüquqlara malikdir.Azərbaycan Respublikası Konstitusiyasina müvafiq olaraq icra hakimiyyətinin vahid sistemini yuxarı,mərkəzi və yerli icra hakimiyyəti orqanları təşkil edir.
RİH başçısının vəzifə və səlahiyyətlərinə sənədlərlə aparılan işlərlə yanaşı,vətəndaşların müraciətlərinə baxılması və şifahi qəbulunun təşkili də daxildir.
RİH başçılarının, tabeliklərində olan ərazilərin sakinləri ilə mütəmadi görüşləri təşkil olunmalı, onların ümumi problemləri, həmçinin onları narahat edən şəxsi məsələlərin həlli ilə yaxından tanış olmalıdırlar.
Hər bir icra başçısı tabeliyində olan kənd,qəsəbə və ərazilərin problemlərini həll etməklə,ölkədə aparılan yenidənqurma işlərinə,insanların sosial rifahının yüksəlməsinə öz töhfəsini vermiş olur.
RİH başçılarının təşkil etdiyi əhali ilə səyyar görüşlərdə problemləri məhz onların dilindən eşitməkləri,onların elə yerindəcə öz həllini tapmasına kömək olur.
Belə səyyar görüşlərdə məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması,mənzil şəraitinin yaxşılaşdırılması,kanalizasiya xətlərinin təmir olunması,içməli su ilə təmin olunma və digər sosial problemlərlə bağlı müraciətlər öz həllini tapır ki,bu da insanları narahat edən ciddi problemlərin aradan qalxmasına zəmin yaradır.
RİH həm də ərazidə yeni infrastruktur layihələri,iş yerlərinin yaradılmasına da xidmət göstərir.Sahibkarlara göstərilən dəstəyin nəticəsi olaraq yeni iş yerlərinin yaradılması ilə əlaqədar olaraq əhalinin işsizlik problemi həll olunur.
Hər bir icra başçısı və nümayəndəsi öz fəaliyyəti dönəmində sosial ədalət prinsipini rəhbər tutaraq işini ona uyğun qurmalıdır.Sağlam cəmiyyətdə ədalət hökm sürməlidir.
İnkişaf etməkdə olan ölkəmizdə rayonların sosial-iqtisadi inkişafına böyük töhfə olaraq ərazilərin elektrik enerjisi ilə təchizatı, qazlaşdırma,yol infrastrukturu, suvarma, içməli su layihələri,sosial infrastruktur layihələrinin icra olunması, müasir xəstəxana, tibb ocaqları və bir çox məktəblərin inşası təqdirəlayiqdir.
Vətəndaşlara göstərilən xidmətlərin daha əlçatan olması,müraciətlərin asanlaşdırılması,göstərilən xidmətlərdə operativliyin artırılması və şəffaflığın təmin edilməsi məqsədilə EHİM tərəfindən yeni Rəqəmsal İcra Hakimiyyəti portalının yaradılması əhali üçün gözəl bir töhfədir.
Ulu Öndər Heydər Əliyev demişdir: “Hər bir şəxs bilməlidir ki,dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.
RİH başçıları və nümayəndələri bu ifadəni deviz tutaraq daim əhalinin sosial rifahının, həyat şərtlərinin yüksəldilməsinə qulluq etməlidir.


Sabunçu rayonu, C.Cabbarlı adına 187 № li tam orta məktəbin ibtidai sinif müəllimi Ələsgərova Günel Nazim qızı.

Oxşar xəbərlər