
Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.
Nazirlik rəsmisi virusdan qorunmaq üçün nələrə diqqət edilməli olduğunu da bildirib: "Vətəndaşlara koronavirusun yeni dalğasından qorunmaq üçün hamımızın bildiyi gigiyenik qaydaları (tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə) davam etdirmələrini tövsiyə edirəm. Ciddi zərurət yaranmadığı halda insanların kütləvi toplaşdığı məkanlardan çəkinsinlər. Eyni zamanda vətəndaşlara qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda sıxlıq olduğu təqdirdə qoruyucu maskalardan istifadə etmələrini məsləhət görürəm".