Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətinin uğurları davamlıdır və beynəlxalq səviyyədə təqdir edilir

Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətinin uğurları davamlıdır və beynəlxalq səviyyədə təqdir edilir
Azərbaycanın tarixi Zəfərimizin reallıqlarının təqdimatı və qəbulu istiqamətində atdığı addımlar və onların fonunda diplomatik uğurlarımız biri-birini əvəzləməkdədir. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra dünya güclərinin bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək göstərməyə hazır olduqlarını bildirmələri, həmçinin, bu məqsədlə görüşlərin keçirilməsində təşəbbüskar kimi çıxış etmələri də diplomatik uğurlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. 2021-ci ilin Moskva və Soçi görüşlərinin ardınca Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşünün təşkil olunması Brüssel sülh gündəliyinin əsasını qoydu.
Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın 4 saat yarımdan artıq davam edən görüşlərinin nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması barədə qərar qəbul olunub. Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.
Tarixi Zəfərimizdən sonra dünyanın siyasətində baş verən yeniliklər göz önündədir. Azərbaycanın sözünün imzası qədər əhəmiyyəti özünü daha qabarıq şəkildə büruzə verir. Təkcə son iki ayda ölkə Prezidenti İlham Əliyevlə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, ünvanlanan məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir. Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətinin uğurları davamlıdır və beynəlxalq səviyyədə təqdir edilir.
Azərbaycan Brüsseldə istədiyini əldə etdi. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə şəxsi zəmində olan qarşılıqlı etimada söykənən münasibətləri və Aİ ilə Azərbaycan arasında gələcək tərəfdaşlıq münasibətləri kontektində baş tutdu.

Humay Həmidli, 69 saylı tam orta məktəbin ingilis dili müəllimi

Oxşar xəbərlər