Türkiyə şirkətləri tarixi rekorda imza atdı

Türkiyə şirkətləri tarixi rekorda imza atdı Türkiyənin ixracat şirkətləri bu ilin aprel ayı ərzində 23,4 milyard ABŞ dolları ilə eyni ay üzrə bütün dövrlərin ən yüksək gəlirini əldə ediblər. Bu rəqəm 2021-ci ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz yüksəkdir.

Bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş ölkənin İxracatçılar Məclisinin rəhbəri İsmayıl Gül ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Qlobal iqtisadiyyatda baş verən son mənfi hadisələrə baxmayaraq, keçən il Türkiyənin ixracatda böyük uğura imza atdığını deyən nazir ölkənin bu sahə üzrə cari ilin ilk dörd ayında da güclü performansını davam etdirdiyini vurğulayıb.

Bildirilib ki, bu ilin aprel ayında ölkənin xarici ticarət həcmi ötən illə müqayisədə 30,1 faiz artaraq 52,8 milyard ABŞ dollarına çatıb.

Oxşar xəbərlər