İrana doğru böyük qüvvə göndərmişik - Tramp

İrana doğru böyük qüvvə göndərmişik - Tramp ABŞ Yaxın Şərqə böyük zərbə qüvvələri toplayıb.

Məlumatı ABŞ Prezidenti Donald Tramp təyyarəsində jurnalistlərə Yaxın Şərqdəki vəziyyətlə bağlı şərh verərkən açıqlayıb.

Tramp vurğulayıb ki, ABŞ vəziyyəti nəzarətdə saxlamaq və ölkənin maraqlarını qorumaq üçün bölgədə əhəmiyyətli hərbi resurslar cəmləşdirib, eyni zamanda birbaşa münaqişədən qaçmağa üstünlük verib: "Bizim bu istiqamətdə böyük bir donanmamız var və nə olacağını görəcəyik. İrana doğru hərəkət edən böyük qüvvələrimiz var". Onun sözlərinə görə, qüvvələrin cəmləşdirilməsi profilaktik xarakter daşıyır və İrandan potensial təhdidlərin qarşısını almağa yönəlib .

Oxşar xəbərlər