
İmtahan Daşkəsən rayonunda 2 binada - Daşkəsən şəhər İ.Nəsimi adına 1 №-li və A.Mürsəlov adına 2 №-li tam orta məktəblərdə aparılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin müvafiq tapşırığı ilə imtahan keçirilən binaların mühafizəsi, təcili tibbi yardım briqadalarının və yanğınsöndürən avtomobillərin xidməti təşkil olunub.
243 nəfər şagirdin iştirak etməsi nəzərdə tutulan imtahan Rayon İcra Hakimiyyəti əməkdaşlarının və aidiyyəti üzrə digər məsul şəxslərin nəzarəti altında uğurla yekunlaşmışdır.

