“Dnepr çayının şərqində yeni dövlət yaradacaq” - Putinin yeni planı açıqlandı

“Dnepr çayının şərqində yeni dövlət yaradacaq” - Putinin yeni planı açıqlandı İsveçin keçmiş baş naziri Karl Bildt xəbərdarlıq edir ki, Rusiya Ukraynada planlarını reallaşdırmaq üçün müvəqqəti “dövlət” yaradacaq. Həmin “dövlət” Ukraynanın işğal edilən ərazilərində təşkil olunacaq.

"Gündem.az məlumatına görə, bu barədə “Today” nəşri yazıb.

Karl Bildt hesab edir ki, Rusiya bütövlükdə ölkəni işğal edə bilməsə, Ukrayna ərazisinin bir hissəsini işğal etməklə kifayətlənəcək:

"2014-cü ilə qayıdırıq. “Novorossiya” ideyası reallaşdırılacaq. Rusiya həmin dövrdə Odessanı, Xarkovu tutmaq istəyirdi. Amma bacardıqlarını işğal edə bildilər. Əgər bu dəfə Dneprdən şərqdə olan hissəni ala bilsələr, onda Odessanı da ələ keçirəcəklər və Şimali Koreya kimi bir şey təşkil edəcəklər. Buna heç bir şübhə yoxdur”.

Oxşar xəbərlər