
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Ryabkov qonşu ölkə ilə münasibətlərin həmçinin Rusiyanın daxili qanunvericiliyinin parametrlərinə uyğunluq təşkil etdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın “Vaşinqton Post” nəşri Rusiyanın Şimali Koreyaya nüvə stansiyası tikmək təklifi etdiyi barədə məlumat yayıb. Bildirilib ki, sözügedən təklif ABŞ-la Şimali Koreyanın münasibətlərini baltalamaq məqsədi daşıyır.