
Ukraynadan tədarüklərin dayandırılması nəticəsində Çexiya və Macarıstanda bir çox supermarketlər, həmçinin vətəndaşlar gözlənilmədən günəbaxan yağı qıtlığı ilə qarşılaşıblar. Piştaxtalarda günəbaxan yağının olmaması səbəbindən zeytun və raps yağları daha çox alınır. Bazar bu "yeniliyə" uyğunlaşmağa macal tapmamış bu iki bitki yağı növünün də süni çatışmazlığı əmələ gəlib.
Ekspertlər ərzaq mağazalarını bir alıcı üçün yağın satışını məhdudlaşdırmağa, istehlakçıları isə ehtiyat üçün alıb evə yığmamağa çağırıblar.