
***
10:58
Bu gün Moskva vaxtı ilə səhər saat 10:00-dan etibarən (Bakı vaxtı ilə 11:00) Rusiya tərəfi sükut rejimi elan edir.
"RİA Novosti"xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Sükut rejimi zamanı mülki əhalinin Mariupol və Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açılacağı bildirilib.