
Ağ Evin mətbuat katibi Sara Sanders jurnalistlərə açıqlamasında Putin hökumətini zorakılığı müdafiə etməkdə ittiham edib. Onun sözlərinə görə, Rusiyanın Əsəd rejimi tərəfindən kimyəvi silahın tətbiq edilməsini ört-basdır etdiyini deyib.
“Əsəd rejimi xalqa qarşı kimyəvi silahdan istifadə edir. Rusiya isə bütün bu çirkinlikləri müdafiə edir. Səbəb isə hər kəsə məlumdur”, - deyə Sara Sanders bildirib.