
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışından sonra da bildirdi ki, ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir. “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, həftənin əvvəlində “Yaşma” yarımstansiyası işə salındı, hər kəs görə bilər, cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülüb. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir".
“Həftənin əvvəlində Yaşmada böyük yarımstansiyanın istifadəyə verilməsi enerji dayanıqlılığına xidmət göstərəcək. Gücü 750 meqavat olan yarımstansiya əlbəttə ki, bizim enerji sistemimizdə önəmli yer tutacaq. Bu gün isə 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının açılması əlbəttə, generasiya güclərimizi böyük dərəcədə artıracaq. Bu stansiyanın yanında cəmi bir il ərzində 1000 meqavatlıq yarımstansiya inşa edilib”. Nəzərə alsaq ki bu genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, Azərbaycan mütəxəssisləri, fəhlələri iştirak ediblər bu çox böyük nəticədir. Yəni, bu, onu göstərir ki, bizim çox güclü texniki potensialımız və kadr potensialımız var. Dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb, ancaq Azərbaycanda öz vəsaiti hesabına belə böyük və nəhəng obyektləri maliyyə və texniki imkanları hesabına həyata keçirir. Son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb və bu işlərin yenə də davamı var. Çünki artan tələbat - həm daxili tələbat, həm xarici tələbat bunu diktə edir. Keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal etmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yəni, Azərbaycan artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrilibdir. Və deyə bilərik ki, yaxın gələcəkdə Azərbaycan inkişaf etmiş dövlətlər sırasına daxil olacaqdır.
Bakıxanov qəsəbəsi, 80 nömrəli tam orta məktəbin
direktoru Təranə Müzəffərova